Bryansk vilayətindəki Uneça stansiyasına hücum təsdiqlənib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Bryansk vilayətində yerləşən Uneça stansiyasına hücum edildiyini təsdiqləyib. Məlumata görə, obyektə zərbə endirilib, binanın dayaq nasos stansiyası yaxınlığında iri miqyaslı yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, rezervuar parkı ərazisində və magistral ilə dayaq nasoslarının yerləşdiyi sahədə partlayışlar qeydə alınıb.
Nicat Rüstəmzadə
16:10 13.08.2025
Oxunuş sayı: 494