The Times: " Ukrayna müharibəsinin başa çatması üçün dörd mümkün ssenari var"

Böyük Britaniyanın The Times qəzeti Ukraynadakı müharibənin sona çatması üçün dörd mümkün ssenari barədə yazıb.
Birinci ssenari — “Avropa variantı” — mövcud təxminən 680 millik cəbhə xəttində müharibənin dondurulması və ərazi nəzarətində dəyişiklik olmamasını nəzərdə tutur.
İkinci ssenari — “Putinin şərti” — Ukraynanın bütün Donbasdan (Donetsk və Luqansk) imtina etməsi və mühüm müdafiə mövqelərini itirməsidir.
Üçüncü ssenariyə görə, Kiyev Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin hamısını, o cümlədən Rusiyanın tam nəzarətində olmayan əraziləri güzəştə gedir.
Dördüncü ssenari isə ərazilərin mübadiləsini ehtiva edir: Rusiya bütün Donbası əldə edir, Ukrayna isə Xersonun bir hissəsini qaytarır.
Crossmedia.az The Times qəzetinə istinadən xəbər verir ki, qəzet dördüncü variantın az ehtimal olunduğunu bildirir, çünki Xerson Rusiya ilə Krım arasında strateji əlaqə üçün həyati əhəmiyyət kəsb edir.
Pərvin Hacıyeva
16:08 13.08.2025
Oxunuş sayı: 542