Gürcüstan Zəngəzur dəhlizi ilə bağlı narahatdır

Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan dövlət başçısı Mixail Kavelaşvili ilə görüş keçirib. Bundan sonra bir sıra xarici KİV rəsmi Tbilisinin Zəngəzər dəhlizi ilə bağlı narahatlığını bildirib.
Crossmedia.az -ın xəbərinə görə səbəb odur ki, Türkiyənin Azərbaycanla ticarət marşrutunu Gürcüstan ərazisindən deyil, Ermənistan üzərindən keçəcək Zəngəzur dəhlizi vasitəsilə həyata keçirmək ehtimalı müzakirə olunur.
Ankara üçün Gürcüstan təkcə sıx əlaqələrə malik tərəfdaş deyil, həm də Türkiyə ilə Rusiya arasında strateji bufer zona rolunu oynayır.
Nicat Rüstəmzadə
15:55 13.08.2025
Oxunuş sayı: 568