Fidan: “YPG Suriyada pozucu rol oynayır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Şeybani Ankarada birgə mətbuat konfransı keçiriblər.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Hakan Fidan çıxışında bildirib ki, YPG Suriyada pozucu rol oynayır və ölkədə açılan müsbət səhifənin insanların gözlədiyi kimi inkişaf etmədiyini qeyd edib:
“Burada bir çağırış, bir çətinlik var. Bizim vəzifəmiz bu çətinliyi dəqiq müəyyənləşdirərək uyğun tədbirlər görməkdir".
Suriya xarici işlər naziri Şeybani isə vurğulayıb ki, druzlar Suriya cəmiyyətinin bir hissəsidir və onları kənarlaşdırmaq niyyətləri olmayıb:
“Bu mövzunu gündəmə gətirən İsraildir,” – deyə o əlavə edib.
Pərvin Hacıyeva
15:51 13.08.2025
Oxunuş sayı: 1137