Daimi nümayəndə: "İsrail Aİ üçün “ideal qonşu”dur, tənqidlər HƏMAS-a xidmət edir"

İsrailin Aİ-də daimi nümayəndəsi Xaim Regev bildirib ki, İsrail Avropa İttifaqı üçün “ideal qonşudur” və üzv ölkələrdəki tənqidçilər Qəzza sektorunda insan haqları ilə bağlı “zərərli obsesiyadan” əl çəkməlidirlər.
O, İrlandiya, Niderland, İspaniya və Sloveniya kimi ölkələrdə başlanan Avropadakı etirazları tənqid edib və Fransanın, Almaniyanın və Böyük Britaniyanın liderlərini xəbərdar edib ki, onların son tənqidi açıqlamaları HƏMAS terrorçularına və antisemit qüvvələrə xidmət edir.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Regev bildirib ki, İsrailə qarşı təzyiq cəhdləri “heç vaxt işləməyib və işləməyəcək”. Hazırda Aİ və bəzi qurumlar Tel-Avivin Horizon Europe elmi-tədqiqat proqramındakı iştirakını dayandırmağa və ikitərəfli ticarət əlaqələrini məhdudlaşdırmağa çalışırlar. Regev xəbərdarlıq edib ki, belə addımlar tərəflərin son illərdə qurduğu işləri dağıda və Aİ-nin Yaxın Şərqdə təsir imkanını itirməsinə səbəb ola bilər.
Bundan əvvəl Niderland İsrailin Qəzza əməliyyatlarına görə Aİ ilə assosiasiya sazişinin ticarət hissəsini dayandırmağı təklif etmiş, Almaniyada isə İsrailə qarşı sanksiyalar, o cümlədən silah ixracının qismən dayandırılması təklif olunmuşdu.
Pərvin Hacıyeva
13:34 13.08.2025
Oxunuş sayı: 758