Balıkesirdə yenə zəlzələ olub

Türkiyənin Balıkesir şəhərinin Sındırğı rayonunda yenidən zəlzələ olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Halların
İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, 4 maqnituda gücündə zəlzələnin dərinliyi
10.97 kilometr olub.
Təbii fəlakətin nəticələri barədə məlumat yoxdur.
Xatırladaq ki, avqustun 11-də Sındırqıda ard-arda iki zəlzələ
qeydə alınmışdı.
23:50 12.08.2025
Oxunuş sayı: 804