Putin və Kim Çen In arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen Inla telefon danışığı aparıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, Putin Koreyanın Yaponiyanın müstəmləkə hakimiyyətindən azad edilməsinin 80-ci ildönümü münasibətilə Kim Çen Inı təbrik edib.
O, həmçinin ABŞ Prezidenti ilə keçiriləcək qarşıdakı danışıqlar barədə Şimali Koreya liderinə məlumat verib.
Pərvin Hacıyeva
22:39 12.08.2025
Oxunuş sayı: 1222