Çexiya Prezidentinin Dalay Lama ilə görüşü şəxsi xarakter daşıyıb

Çexiya Prezidentinin Dalay Lama ilə görüşü şəxsi xarakter daşıyıb
Çexiya Prezidenti Petr Pavel ilə Dalay Lama arasında keçirilən və Çinin Çexiya lideri ilə əlaqəni dayandırmasına səbəb olan görüş tamamilə şəxsi xarakter daşıyıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezident administrasiyası “X” platformasında bildirib.
“Prezidentlə Dalay Lama arasındakı görüş tamamilə şəxsi xarakter daşıyıb. Hazırda Çexiya Respublikası ilə Çin arasında prezident səviyyəsində birbaşa əlaqə yoxdur. Bu, mövcud vəziyyəti dəyişdirəcək bir addım deyil,” — açıqlamada deyilir.
Çexiya xarici işlər naziri Yan Lipavski belə deyib: “Çex diplomatiyası adından təsdiq edə bilərəm ki, prezidentin səfəri tamamilə şəxsi xarakter daşıyırdı. O, Dalay Lamaya onun əlamətdar ildönümü münasibətilə şəxsən təbriklərini çatdırmaq üçün gedib. Çin tərəfi bu səfərə də məhz bu şəkildə yanaşmalı idi".
Pərvin Hacıyeva
22:37 12.08.2025
Oxunuş sayı: 1224