Parisdən havaya qalxan təyyarənin aviadispetçeri : "Fələstini azad edin !"

Parisdən Təl-Əvivə gedən təyyarə havaya qalxan zaman hava limanının aviadispetçeri “Fələstini azad edin!” deməklə pilotlara uçuşa başlamaq üçün icazə verib.
Crossmedia.az xəbər verir ki, ötən gün baş verən hadisədən dərhal sonra pilotlar dərhal İsrail Mülki Aviasiya İdarəsi ilə əlaqə saxlayıblar. Onlar uçuşun qalxması kimi ən incə məqamda mesaj mübadiləsi ciddi şəkildə protokol əsasında və zərrə qədər dəyişmədən həyata keçirilməli olduğunu qeyd ediblər.
Xatırladaq ki, bu Fransada El Al ilə bağlı üçüncü antisemit epizoddur.
Elmir Heydərli
22:07 12.08.2025
Oxunuş sayı: 1532