Ağ Ev : Trampla Putin Ukraynada sülhün əldə olunmasında Rusiyanın mövqeyini yaxşı anlamaq üçün görüşəcəklər

Trampla Putin Ukraynada sülhün əldə olunmasında
Rusiyanın mövqeyini yaxşı anlamaq üçün görüşəcəklər
ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin
ABŞ-nin Alyaska ştatının ən böyük şəhəri Ankoricdə görüşəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat
katibi Kerolayn Livitt birifində məlumat verib.
Onun sözlərinə görə, prezidentlərin görüşünün məqsədi
Ukraynada sülhün əldə olunmasında Rusiyanın mövqeyini daha yaxşı anlamaqdır.
Xatırladaq ki, Tramp bundan əvvəl avqustun 15-də Alyaskada
Putinlə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoymaq imkanlarını müzakirə
edəcəyini bildirmişdi.
21:39 12.08.2025
Oxunuş sayı: 783