Ermənistanın keçmiş müdafiə naziri: “Hər şey praktik addımlar atıldıqda aydın olacaq”

“Vaşinqtonda keçirilmiş üçtərəfli görüşdən sonra bəyanat xarakterli açıqlamalara bu mərhələdə qiymət verə bilmərəm, hər şey praktik addımlar atıldıqda aydın olacaq”.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan deyib.
“Yəni biz görək ki, təhlükəsizliyin təmin edilməsi baxımından sülh bəyannaməsində yazılanlar yerində, ön xəttdə icra olunur, sərhədlərin müəyyənləşdirilməsi mümkün qədər dəqiq aparılır. Bunların hamısı yalnız praktik addımlar başlayanda aydın olacaq”, - deyə o qeyd edib.
“Tramp yolu” barədə danışan keçmiş erməni müdafiə naziri deyib:
“Mən belə bir nəticə təsəvvür etmirdim, ən azından mənim təsəvvür etdiyim noyabrın 10-da əldə olunmuş razılaşmalarda ifadə olunub. Qarabağın itirilməsini, Laçın yolunun itirilməsini mən təsəvvür etmirdim. İndi başqa bir vəziyyət var və bu vəziyyətdən çıxış edərək, bugünkü hakimiyyət belə razılaşmalara gəlir. “Tramp yolu” barədə danışmaq o zaman mümkün olacaq ki, texniki tapşırıq olsun. Yəni həmin yol nədən ibarət olacaq, bu layihədə hansı ölkələr iştirak edəcək, hansı investorlar olacaq? Hələlik isə bu yolun coğrafi olaraq haradan keçəcəyi də məlum deyil”.
16:35 12.08.2025
Oxunuş sayı: 948