Tatarıstan ictimai-siyasi xadiminin növbəti məhkəmə prosesi keçirilib

Rusiyanın hakim dairələrinin sifarişi ilə həbs olunan Tatarıstan Respublikasının ictimai-siyasi xadimi Zinnur Aqliulinin avqustun 11-də növbəti məhkəmə prossesi keçirilib.
Crossmedia.az xəbər verir ki, ittihamçı tərəf Aqliulinin 2,5 il müddətinə həbs olunmasını və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini tələb edib.
İttiham olunan Aqliulini isə öz növbəsində hökmdən qorxmadığını və belə bir mühitin
onu daha da hərəkətə gətirdiyini bildirib.
"Bu ictimai təşkilatın bir neçə dəfə baş verən sarsıntıların qarşısını almasına, cəmiyyətdə vətəndaş qarşıdurmasından xilas olmasına görə qisas almaqdan başqa bir şey deyil. Əgər milli demokratik hərəkat demokratik yolla öz məqsədinə çatmazsa, o zaman milli azadlıq mərhələsi başlayır. Bilməlisiniz ki, bu, müxtəlif formalarda, o cümlədən silahlı mübarizə də ola bilər. Şəxsən mən bunu istəməzdim. Görünən odur ki, hakimiyyət buna doğru irəliləyir".
Bu sözlərdən sonra zalda olan məhkəmə iştirakçıları alqış sədaları qoparaq Zinnura dəstək göstərilib.
Məhkəmənin qərarına əsasən yekun sessiya 21 avqusta təyin edilib.
Xatırladaq ki, Tatarıstan ictimai-siyasi xadimi Zinnur Aqliuli ictimai-siyasi fəaliyyətlərinə görə Rusiya hakim dairələrinin göstərişi ilə həbs edilib.
14:24 12.08.2025
Oxunuş sayı: 875