Türkiyədə meşə yanğını ilə əlaqədar 77 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Çanaqqala şəhərinin Kəpəz rayonunda davam edən yanğınlarla bağlı 77 nəfər xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Həmçinin məlumata görə, bir neçə ev və nəqliyyat vasitəsi yanaraq külə dönüb.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.
21:59 11.08.2025
Oxunuş sayı: 1232