44 günlük savaş nəticəsində yüz illik "yuxuya" son qoyuldu: Cənubi Qafqaza sülh gəlir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib ki, Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur.
O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib.
“Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda, artıq əhəmiyyətini itirmiş Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılmasının zəruriliyini qeyd edib.
Bakı və İrəvan arasında sülh sazişi məsələsi artıq gündəmdə olsa da, qaşı tərəf hələ Azərbaycanın şərtlərinin yerinə yetirilməsi istiqamətində addım atmır. Bu, arxı keçmədən "hop" deməyə bənzəyir. Belə bir şəraitdə sülh şəraitinin mmükünlüyü barədə Crossmedia.az-a danışan türkiyəli politoloq, professor Hüseyn Şeyhanlıoğlu deyib ki, Qərb, Rusiya və digərləri yüz illər boyu erməni və yunanlardan Azərbaycana və Türkiyəyə qarşı istifadə edib: "Amma 44 günlük savaş nəticəsində yüz illik "yuxuya" son qoyuldu. Ermənistan baş naziri Nikol Paşinyan realistdir. O, özü də deyib ki, Türkiyə ilə müharibə aparmaq olmaz. ikinci bir tərəfdən, Qərblə Ermənistanın coğrafi, siyasi fərqlilikləri var. Bu, sülhü mümkün edir. Sülh, o cümlədən Zəngəzur dəhlizinin açılması Ermənistanın xeyrinədir. Perspektivdə Bakı- Tbilisi- Ceyhan qaz kəmərinin bir hissəsi Ermənistandan keçə bilər və keçməlidir. Türkiyə isə Ermənistana qapılarını açmalıdır".
Ekspertin fikrincə, erməni xalqından fərqli olaraq diaspor və bəzi siyasilər reallıqları anlamır: "Paşinyan Azərbaycan və Türkiyə liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla görüşü göstərir ki, sülh, doğrudan da, mümkündür. Anvaq Rusiyan faktorunu unutmaq. Moskva regionda sülh istəmir. Elə buna görə Azrbaycan Hava Yollarına (AZAL) məxsus təyyarəni vurdu, ardınca azərbaycanlılara qarşı təzyiqlərə başladı. Ancaq Rusiyanı unutmamalıdır ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Cənubi Qafqaz və Türk dünyası artıq yeni imkankara və gücə malikdir".
Kənan Novruzov
16:56 22.07.2025
Oxunuş sayı: 1066