Gəncədə Aerobika Gimnastikası üzrə Avropa Çempionatı bu gün başa çatır- Yenilənib
Gəncədə 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına yekun vurulub.
Crossmedia.az-ın məlumatına görə, Gəncə İdman Sarayında 3 gün davam edən yarışda 20 ölkədən 380 gimnast iştirak edərək qitə birinciliyi uğrunda mübarizə aparıb.
Yarışın birinci və ikinci günlərində gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və "aerodans" proqramlarında təsnifat mərhələsində çıxış ediblər. Yarışın ikinci günündə, həmçinin komanda hesabında mükafatlandırma mərasimi baş tutub.
Sonuncu yarış günündə isə idmançılar final mərhələsində çıxış edərək Avropa çempionu adını qazanıblar.(Report)
12:45
Gəncədə 15 yaşadək aerobika gimnastları arasında Avropa çempionatına bu gün yekun vurulacaq.
Crossmedia.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin üçüncü günündə finalçılar qüvvələrini sınayırlar.
Onlar bu mərhələdə qarışıq cütlük, fərdi, üçlük, qrup və aerodans proqramları üzrə çıxış edirlər.
Qeyd edək ki, qitə birinciliyində ümumilikdə 20 ölkədən, 380 gimnast iştirak edir. (Report)
18:06 11.11.2025
Oxunuş sayı: 8480