İsrailin Baş naziri: “Əsas məqsədimiz İran rejimini zəiflətmək idi”

“İranla müharibədə böyük qələbə qazandıq”.
Crossmedia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İranla atəşkəsdən sonra keçirilən ilk Nazirlər Kabineti iclasında çıxış edərkən deyib.
Baş nazirin sözlərinə görə, hərbi əməliyyat nəticəsində İsrail üçün mövcud olan iki birbaşa ekzistensial (mövcudluğa təhdid yaradan) təhlükə aradan qaldırılıb.
“Bizim üçün əsas hədəf İran rejimini, mövcud imkanlarımız çərçivəsində zəiflətmək idi. Əgər imkanlar geniş olsaydı, əməliyyatları davam etdirə bilərdik”, – deyə Netanyahu vurğulayıb.
Qeyd edək ki, İran və İsrail arasında son hərbi toqquşmalar beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olmuş, ABŞ və digər ölkələrin vasitəçiliyi ilə atəşkəs əldə olunmuşdu.
23:53 25.06.2025
Oxunuş sayı: 628