İran Mossad casusu olmaqda ittiham olunan 3 nəfəri edam etdi

İran hakimiyyəti İsrailin kəşfiyyat xidməti Mossad üçün casusluq etdikləri ittihamı ilə ölüm cəzasına məhkum edilmiş üç nəfərin edam olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, Ali Məhkəmənin hökmünü təsdiqlədiyi İdris Əli, Azad Şucai və Rəsul Əhməd Rəsul bu gün səhər saatlarında Urmiyə şəhərində edam olunub.
Rəsmi məlumatda onların “yer üzündə fəsad törətmək” və “müharibə aparmaq” kimi ağır ittihamlarla, düşmən xarici dövlətlərlə əməkdaşlıq etdikləri və ölkəyə sui-qəsd avadanlıqları gətirdikləri bildirilib. Həmin avadanlıqların bir nəfərə qarşı həyata keçirilmiş sui-qəsddə istifadə edildiyi iddia olunur.
Edam xəbəri, İsrail və İran arasında 12 gün davam edən münaqişənin ardından əldə olunan atəşkəsdən bir gün sonra yayılıb.
Mədinə Cəlilova
21:45 25.06.2025
Oxunuş sayı: 667