İran XİN: “ABŞ İrana dəymiş ziyana görə təzminat ödəməlidir”

İranın Xarici İşlər Nazirinin müavini Səid Xətibzadə bəyan edib ki, Vaşinqton İran obyektlərinə dəymiş ziyana görə təzminat ödəməlidir. O, bu məsələ ilə bağlı Tehranın Birləşmiş Millətlər Təşkilatına rəsmi şikayət təqdim edəcəyini bildirib.
Xətibzadənin sözlərinə görə, ABŞ-ın hücumları dayandırılmadan və bu təcavüzkar hava zərbələrinə görə məsuliyyəti öz üzərinə götürmədən Tehran Vaşinqtonla heç bir danışıqlara başlaya bilməz.
O, əlavə edib ki, “sionist rejim” hücumlarını dayandırarsa, İran da qarşılıq verməyəcək.
15:00 25.06.2025
Oxunuş sayı: 474