Vaşinqton və Tehran danışıqları bərpa etmək üçün müzakirələr aparır

Vaşinqton və Tehran İranın nüvə proqramı üzrə danışıqları bərpa etmək üçün müzakirələrin ilkin mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bunu ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində açıqlayıb.
“Danışıqlar ümidvericidir. Biz optimistik. İndi iranlılarla danışıqlar masası arxasına oturmaq və hərtərəfli sülh razılaşmasına nail olmaq vaxtıdır”, - deyə, Uitkoff bildirib.
O vurğulayıb ki, hazırda ABŞ və İran İsrail və Amerikanın İranın nüvə obyektlərinə hücumlarından sonra dialoq prosesini bərpa etmək üçün həm birbaşa, həm də vasitəçilər yolu ilə danışıqlar aparır.
10:55 25.06.2025
Oxunuş sayı: 622