İran və Çin XİN rəhbərləri atəşkəsi müzakirə ediblər

İran və Çinin xarici işlər nazirləri Əraqçı və Vanq Yi İran və İsrail arasında əldə olunan atəşkəsdən sonra son regional hadisələri müzakirə ediblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər Pekin və Tehranın hərtərəfli strateji tərəfdaşlıqlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
İranlı diplomat İsrailin hücumlarını pislədiyi və ABŞ-nin İranın nüvə infrastrukturuna zərbələrini tənqid etdiyi üçün Çinə minnətdarlığını bildirib.
Vanq Yi öz növbəsində İranın suverenliyinin pozulmasının yolverilməzliyini bir daha vurğulayaraq, Çinin Tehrana qarşı təcavüz aktlarını ardıcıl olaraq pislədiyini vurğulayıb. O xatırladıb ki, Pekin bu mövqeyini BMT Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə ifadə edib.
10:40 25.06.2025
Oxunuş sayı: 763