Zöhran Mamdani Nyu-Yorkun meri seçildi: ABŞ tarixində ilk müsəlman və hindistanlı sosialist qələbə

ABŞ-da keçirilən mer seçkilərində Demokratlar Partiyasının namizədi Zöhran Mamdani qalib gəlib. Beləliklə, o, Nyu-York şəhərinin yeni meri seçilib. Mamdani bu nəticə ilə Amerikanın siyasi tarixində yeni səhifə açıb – o, Nyu-Yorkun ilk müsəlman, hindistanlı və sosialist meri kimi tarixə düşüb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, Zöhran Mamdaninin qələbəsi ABŞ-da multikultural dəyərlərin və siyasi müxtəlifliyin artan təsirinin göstəricisi kimi qiymətləndirilir. O, seçki kampaniyası dövründə sosial bərabərlik, ədalətli vergi siyasəti və miqrantların hüquqlarının qorunması istiqamətində vədləri ilə seçicilərin dəstəyini qazanıb. Mamdani bu postda şəhərdə sosial ədalətin təmin edilməsinə, səhiyyə və təhsil sahəsində islahatların həyata keçirilməsinə önəm verəcəyini bildirib.
Qeyd edək ki, Zöhran Mamdani Hindistan mənşəlidir və müsəlman inancına malikdir. O, əvvəllər də ABŞ-da aktiv siyasi fəaliyyəti ilə tanınıb və Nyu-York ştatının qanunverici orqanında təmsil olunub. Onun meri seçilməsi ölkədə siyasi təmsilçilik baxımından mühüm addım hesab olunur.
Fatimə Nəbiyeva
10:05 25.06.2025
Oxunuş sayı: 789