Netanyahu: "Tramp İsrailin Ağ Evdəki ən yaxın dostudur"

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı ölkəsinin Ağ Evdəki ən yaxın dostu kimi xarakterizə edib.
Crossmedia.az xəbər verir ki, Netanyahu açıqlamasında regional təhlükəsizlik və İranla bağlı məsələlərə toxunaraq, İran oxuna qarşı mübarizənin sona çatdırılması, HƏMAS-ın məğlub edilməsi və Qəzzada girovların azad olunmasının vacibliyini vurğulayıb:
“Tarixi qələbə əldə etmişik və bu qələbə nəsillər boyu davam edəcək. Əgər İran nüvə proqramını yenidən qurmağa cəhd edərsə, onu məhv edəcəyik,” – deyə Netanyahu bildirib.
O, həmçinin Tramp dövründə İsrail-ABŞ münasibətlərinin ən yüksək səviyyəyə çatdığını qeyd edib.
23:44 24.06.2025
Oxunuş sayı: 773