KİV: Putin danışıb, bütün səhnə gülüb

Rusiya Prezidenti Vladimir Putin ötən həftə verdiyi açıqlamada “Ukraynanın hamısı bizimdir” deyərək, Rusiya rəhbərliyinin imperialist mövqeyini bir daha ortaya qoyub. Onun bu bəyanatı Ukraynada yavaş, lakin davamlı irəliləyiş əldə edən Moskvanın artan özünəinam hissini və Qərb daxilindəki dərin fikir ayrılıqlarını fonunda səsləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Putin bu fikirləri iyunun 20-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda səsləndirib. Buraya “Rusiyanın Davosu” adlandırılan nüfuzlu illik tədbirdir.
“Mən dəfələrlə demişəm ki, rus və Ukrayna xalqlarını bir xalq hesab edirəm. Bu mənada, Ukraynanın hamısı bizimdir. Bizim köhnə qaydamız var. Rus əsgərinin ayaq basdığı hər yer bizə aiddir”, - o bildirib.
Nəşrin yazdığına görə, Putinin bu sözləri forum zalında alqış və gülüşlə qarşılanıb: “Bu reaksiyalar Rusiyada imperialist düşüncələrin artıq normallaşdığını göstərir. Artıq 11 ildən çoxdur ki, Rusiya qonşu Ukraynaya qarşı müstəmləkəçi müharibə aparır və bu cür çıxışlar bu siyasətin davamlılığını təsdiqləyir”.
Nigar Rəhimova
23:16 24.06.2025
Oxunuş sayı: 956