Paşinyan Ermənistanın keçmiş prezidentlərini "əclaf" adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə hakimiyyətin devrilməsinə yönəlmiş dövlət çevrilişi cəhdinin baş verdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, şəxsi sosial media hesabında paylaşım edərək, müxalifətə yaxın mənbələrdən əldə olunduğu bildirilən və çevriliş planını əks etdirən sənədə keçid yayımlayıb.
Paşinyanın paylaşımında istinad olunan sənəddə “Civic” nəşrinin məlumatına əsasən, Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, həbsdə olan rusiyalı iş adamı Samvel Karapetyan, eləcə də “Qazprom Ermənistan” və “Cənubi Qafqaz Dəmir Yolu” şirkətləri daxil olmaqla bir sıra nüfuzlu şəxslər və qurumların adları “insan resursları” bölməsində yer alıb.
Baş nazir sözügedən prosesi “əclafların uğursuz çevrilişi” kimi qiymətləndirərək, bunun ölkə tarixində bu şəkildə xatırlanacağını vurğulayıb.
22:39 24.06.2025
Oxunuş sayı: 916