Ərdoğan: “Ukrayna müharibəsini bitirəcək yol İstanbuldan keçir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 24-25-də Haaqada keçiriləcək NATO sammitində Ukrayna ilə bağlı “İstanbul prosesi” çərçivəsində atılacaq yeni addımları müttəfiqlərə təqdim edəcəyini açıqlayıb.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı sammitə yola düşməzdən əvvəl verdiyi açıqlamada bu təşəbbüsün münaqişənin diplomatik yolla həllinə yönəldiyini bildirib.
“Ukraynadakı vəziyyətin diplomatik yolla həllinə yönəlmiş səylərimiz hər kəsə məlumdur. NATO sammitində İstanbul prosesi çərçivəsində yeni addımlardan danışacağıq”, - Ərdoğan TRT Haber-ə müsahibəsində qeyd edib.
Prezidentin sözlərinə görə, həm Rusiya, həm də Ukrayna Türkiyənin vasitəçiliyinə güvənir:
"İstanbulda keçirilmiş danışıqlar bu istiqamətdə ən mühüm irəliləyişlərdən biri olub. Müharibənin sonsuzadək davam edə bilməyəcəyini anlayaraq, artıq onu dayandıra biləcək bir yolun açılmasını istəyirik. NATO sammitində tərəfdaşlarımıza bu istiqamətdəki baxışlarımızı təqdim edəcək və sülh təmin olunana qədər səylərimizi davam etdirəcəyimizi bildirəcəyik".
Aybəniz Səfərova
21:39 24.06.2025
Oxunuş sayı: 742