İran–İsrail münaqişəsinin Cənubi Qafqaza təsiri: Azərbaycan Ermənistana təzyiqi artıra bilər

"İran-İsrail münaqişəsinin iki ssenarisi var və hər biri Ermənistan üçün özünəməxsus şəkildə təsirli olacaq".
Crossmedia.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu politoloq Qarik Keryan bildirib.
Qeyd olunub ki, birinci ssenariyə əsasən İran ABŞ və İsrailin şərtlərini qəbul etməyə məcbur ola bilər: “Bu, faktiki olaraq Tehranın kapitulyasiyası deməkdir və qaçılmaz şəkildə Türkiyə və Azərbaycanın təsirinin güclənməsinə, Ermənistana təzyiqlərinin artmasına gətirib çıxaracaq”.
Bildirilib ki, ikinci ssenariyə əsasən ABŞ və İsrail kompromisə gedə bilər: “Bu halda İran və Rusiyanın ittifaqı güclənə bilər ki, bu da İrəvan üçün faydalıdır”.
Pərvin Hacıyeva
21:27 24.06.2025
Oxunuş sayı: 861