Suriyanın paytaxtında partlayış baş verib

Suriyanın paytaxtı Dəməşqdə axşam saatlarında baş vermiş güclü partlayış şəhərdə qısa müddətli təşvişə səbəb olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik mənbələri hadisənin təlim məqsədilə nəzarətli şəkildə həyata keçirildiyini və heç kimin xəsarət almadığını açıqlayıb.
Partlayış səsi şəhərin müxtəlif ərazilərində eşidilsə də, vəziyyət tezliklə tam nəzarət altına alınıb.
Aybəniz Səfərova
21:14 24.06.2025
Oxunuş sayı: 810