İran İsraillə qarşıdurmada qələbə qazandığını bəyan edib

İranın Ali Milli Təhlükəsizlik Şurası İsraillə qarşıdurmada qələbə qazandıqlarını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Şuranın açıqlamasında İsrailin birtərəfli şəkildə hərbi əməliyyatları dayandırması Tehranın qələbəsi və Təl-Əvivin məğlubiyyətinin dolayısı ilə etirafı kimi qiymətləndirilib.
“İslam Respublikasının silahlı qüvvələri düşmənin bəyanatları ilə bağlı heç bir illüziyaya qapılmır və tam döyüş hazırlığını saxlayır. Hər hansı yeni təcavüz dərhal və sərt cavabla qarşılanacaq”, – deyə bəyanatda vurğulanıb.
19:39 24.06.2025
Oxunuş sayı: 591