Tramp Netanyahudan İrana zərbəni dayandırmağı istəyib

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuyla telefon danışığı zamanı onu İrana qarşı planlaşdırılan hücumu dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Netanyahudan İrana zərbə endirilməməsini xahiş edib.
Lakin Netanyahu bu çağırışa tam şəkildə müsbət cavab verməyib. O, Trampa bildirib ki, İranın təxribatlarına cavab verilməlidir və hücumdan tam imtina mümkün deyil. Buna baxmayaraq, Netanyahu zərbələrin miqyasını azaltmaq qərarına gəlib.
Qeyd edək ki, İsrailin İranla artan gərginlik fonunda cavab tədbirləri müzakirə mövzusudur və beynəlxalq ictimaiyyət regionda eskalasiyanın qarşısının alınmasına çağırır.
Aybəniz Səfərova
18:53 24.06.2025
Oxunuş sayı: 514