ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarının yerini tapa bilmir

ABŞ kəşfiyyat orqanları İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını haraya köçürdüyü barədə dəqiq məlumata malik deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ və İsrail mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, İran uranın əhəmiyyətli hissəsini ABŞ-nin hava zərbələrindən əvvəl Fordo nüvə obyektindən çıxarıb və onun hazırkı yerləşdiyi yer barədə dəqiq informasiya yoxdur.
İsrailin Baş naziri Benyamin Netanyahu isə açıqlamasında İranın uran ehtiyatları ilə bağlı “maraqlı məlumatlar” əldə etdiklərini bildirsə də, təfərrüat verməyib.
Qeyd olunur ki, İranın 60%-ə qədər zənginləşdirilmiş urana sahib olması beynəlxalq ictimaiyyət tərəfindən nüvə silahına yaxınlaşmaq riski kimi qiymətləndirilir.
Aybəniz Səfərova
18:19 24.06.2025
Oxunuş sayı: 642