İsrail müdafiə naziri Tehrana hücum əmri verdi

İsrailin müdafiə naziri İsrael Kats İranın atəşkəsi pozmasına cavab olaraq ordunun Tehrana qarşı hərbi əməliyyatları davam etdirməsi barədə göstəriş verdiyini açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir bəyanatında İranın ABŞ Prezidenti tərəfindən elan olunmuş atəşkəs rejimini kobud şəkildə pozduğunu və İsrailin şimalına raket zərbələri endirdiyini bildirib:
“İranın atəşkəsi pozaraq İsrailə raket atması və hökumətimizin hər hansı təxribatı cavabsız qoymamaq siyasəti çərçivəsində, mən Baş nazir ilə koordinasiyalı şəkildə İsrail Müdafiə Qüvvələrinə Tehrana qarşı intensiv hücum əməliyyatlarını davam etdirmək göstərişi verdim”, – deyə İ.Kats vurğulayıb.
Qeyd edək ki, İsrail və İran arasında hərbi toqquşmaların səngiməsi üçün atəşkəs rejimi elan edilmişdi. Lakin qarşılıqlı ittihamlar fonunda bölgədə gərginlik yenidən artmaqdadır.
Aybəniz Səfərova
18:12 24.06.2025
Oxunuş sayı: 626