İran hər hansı təcavüzə sərt cavab verəcəyini bəyan edib

İranın Ali Milli Təhlükəsizlik Şurası bəyanat yayaraq ölkənin hər hansı xarici təcavüz halında dərhal və sərt cavab verməyə tam hazır olduğunu bildirib. Qurum qeyd edib ki, İran öz suverenliyini qorumaq üçün bütün zəruri vasitələrə malikdir və heç bir düşmən cəhdini cavabsız qoymayacaq.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, yayımlanan bəyanatda “İslam Respublikası olan İran öz suverenliyini qorumaq üçün bütün imkanlara malikdir və hər hansı düşmən hücumunu cavabsız qoymayacaq” – deyə xüsusi vurğulanıb.
Bu bəyanat, bölgədə artan gərginlik fonunda İranın təhlükəsizlik və hərbi məsələlərə yanaşmasında qətiyyətli mövqeyini göstərir.
Fatimə Nəbiyeva
15:05 24.06.2025
Oxunuş sayı: 3497