İran İsraillə atəşkəsə razılıq verdi - danışıqlarda ABŞ və Qətər vasitəçi oldu

İran İsraillə atəşkəsə razılıq verib. Tehran bu qərarını Qətər vasitəsilə ABŞ-a çatdırıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ABŞ tərəfi münaqişənin dayandırılması üçün sülh planı hazırlayıb və bu plan əvvəlcə İsraillə razılaşdırılıb. Daha sonra Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman bin Cassim Al Tani Tehrana səfər edib və İran rəsmiləri ilə danışıqlardan sonra onların razılığını alıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp Qətər əmiri ilə telefon danışığı apararaq İsrailin atəşkəsə razılıq verdiyini bildirib. Bu danışıqdan sonra Tramp Qətərdən İranı da razı salmasını istəyib.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens atəşkəsin detalları ilə bağlı Qətər Baş nazirinin ofisi ilə müzakirələr aparıb.
Hazırda tərəflər arasında razılaşdırılmış atəşkəs planının yaxın günlərdə reallaşması gözlənilir.
Fatimə Nəbiyeva
12:18 24.06.2025
Oxunuş sayı: 1051