İranda daha bir nüvə alimi öldürüldü

Nüvə alimi Məhəmmədrza Sədiqi Sabir Gilanda yaşadığı evdə İsrailin hücumları nəticəsində qətlə yetirilib.
Crossmedia.az “IRIB News”a istinadla xəbər verir ki, bir neçə gün əvvəl onun Tehrandakı evinə təşkil olunan hücum zamanı 17 yaşlı oğlu Məhəmmədrza Sədiqi Saber öldürülüb.
Məlumatda bildirilib ki, iki ay öncə ABŞ Maliyyə Nazirliyi Məhəmmədrza Sədiqiyə qarşı sanksiya tətbiq edib.
Nəzrin Salmanova
10:25 24.06.2025
Oxunuş sayı: 876