Ağ Evin mətbuat katibi: ABŞ zərbələri İranın nüvə bomba hazırlamaq imkanlarını aradan qaldırdı

Ağ Evin mətbuat katibi Kerolayn Livitt ABC News telekanalına müsahibəsində İranı “qaçılmaz təhlükə” adlandırıb və Donald Trampın bu təhdidə qarşı konkret addım atan ilk prezident olduğunu vurğulayıb.
Crossmedia.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Livitt ABŞ-nin İran əleyhinə hava zərbələrinin nəticələrini müsbət qiymətləndirərək bildirib: “Bu zərbələr İranın nüvə bomba yaratmaq imkanlarını əlindən aldı”.
O həmçinin əlavə edib ki, ABŞ administrasiyası yüksək səviyyədə əmindir ki, zərbələrin endirildiyi obyektlərdə zənginləşdirilmiş uran saxlanılırdı.
“Prezident belə bir əməliyyata göstəriş verməzdi, əgər biz bu məlumatda tam əmin olmasaydıq”, – deyə Livitt qeyd edib.
Mədinə Cəlilova
05:00 24.06.2025
Oxunuş sayı: 941