Tramp: “İrana endirilən zərbələr dağıdıcı idi, media həqiqəti ört-basdır edir”

ABŞ prezidenti Donald Tramp İrana endirilən hava zərbələrinin nəticələri ilə bağlı mediaya qarşı sərt ittihamlar səsləndirib. Tramp bildirib ki, hücum zamanı hədəflər tam şəkildə məhv edilib, lakin media bunun əksini iddia edərək ictimaiyyəti yanıltmağa çalışır.
“O qədər dağıdıcı zərbələr endirdik ki, bunu hamı bilir. Yalnız saxta media – xüsusilə CNN və NBC bunun miqyasını kiçiltməyə çalışır”, – deyə Tramp qeyd edib.
Crossmedia.az xəbər verir ki, o, CNN-də Allison Cooper, ABC-də Conni Karl və NBC-də “Con”a məxsus jurnalistləri “fake news” yaymaqda ittiham edib.
Tramp, bu media qurumlarının reytinqlərinin daim aşağı olduğunu və cəmiyyətin artıq onlara inanmadığını vurğulayaraq əlavə edib: “Yalnız mənə inanın, media yalan danışır”.
Trampın bu açıqlamaları ABŞ daxilində və beynəlxalq miqyasda İrana qarşı hərbi əməliyyatların informasiya tərəfi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
01:00 24.06.2025
Oxunuş sayı: 830