Böyük Britaniya vətəndaşlarını BƏƏ və Qətərə səyahətdən çəkinməyə çağırdı

Böyük Britaniyanın Xarici İşlər nazirliyi Yaxın Şərqdəki gərginlik fonunda vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səyahət etməməyi tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, hökumətin rəsmi saytında yayımlanan açıqlamada bildirilir ki, xüsusilə Qətərdə olan Britaniya vətəndaşları təhlükəsiz ərazilərdə qalmalı və yerli hakimiyyət orqanlarının təlimatlarına əməl etməlidirlər.
Nazirlik bölgədəki təhlükəsizlik risklərinin artdığını əsas gətirərək, vəziyyətin dəyişə biləcəyi barədə xəbərdarlıq edib.
23:45 23.06.2025
Oxunuş sayı: 880