ABŞ vitse-prezidenti: “Xameneyinin aradan götürülməsi İsrailin qərarıdır”

ABŞ-ın vitse-prezidenti Ceyms Devid açıqlamada İranın ali rəhbəri Əli Xameneyinin İsrail tərəfindən aradan götürülməsi məsələsinə münasibət bildirib.
Jurnalistin “ABŞ İsrailin Xameneyini öldürməsini dəstəkləyirmi?” sualına cavab verən Vens qeyd edib: “Baxın, bu, israillilərdən asılıdır. Amma biz rejim dəyişikliyi istəmirik”.
Vitse-prezidentin bu bəyanatı ABŞ-ın bölgədəki gərgin vəziyyətə münasibətdə mövqeyini aydınlaşdırmaq kimi dəyərləndirilir.
23:10 22.06.2025
Oxunuş sayı: 673