Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb

Futbol üzrə Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatına vəsiqə qazanıb. Yığma buna DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin IX turunda səfərdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qolsuz heç-heçə edərək nail olub.
Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran kollektiv sona 1 tur qalmış turnir cədvəlində 2-ci yeri təmin edərək, mundialın final mərhələsində iştirak hüququ əldə edib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 9-dan iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək.
09:19 06.06.2025
Oxunuş sayı: 1099