Aİ COVID-19 fondundan 335 milyard avronu müdafiə xərclərinə yönəldəcək

Avropa İttifaqı üzv dövlətlərə COVID-19 pandemiyasının nəticələrini aradan qaldırmaq üçün yaradılmış Bərpa və Dayanıqlıq Fondundan 335 milyard avronu müdafiə layihələrini maliyyələşdirmək üçün yönləndirməyə icazə verib. Bu barədə "Politico" qəzeti xəbər verib.
Məlumata əsasən, Avropa Komissiyası (AK) bu proqramın həyata keçirilməsi üçün 2026-cı ilin avqust ayına qədər son tarix təyin edib.
Bildirilib ki, yalnız bir sıra tələb və hədəfləri yerinə yetirməklə ölkələr fonddan vəsait əldə etmək üçün müraciət edə bilərlər.
08:44 05.06.2025
Oxunuş sayı: 1601