Muğla valisi: Zəlzələ zamanı 11 nəfər yaralanıb

Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələ zamanı təşvişə düşmüş 11 nəfərin yaralandığını açıqlayıb. Bu barədə vali “TRT Haber”ə açıqlamasında söyləyib.
Akbıyık zəlzələ zamanı 11 nəfərin yaralandığını, bütün halların təşvişdən qaynaqlandığını açıqlayıb. Onun sözlərinə görə, yaralalıların həyati təhlükəsi yoxdur.
Vali regionda dağıntı olmadığını vurğulayıb.
04:09
Türkiyənin Muğla şəhərinin valisi İdris Akbıyık ölkənin cənub-qərb sahilində baş vermiş güclü zəlzələnin fəsadlarından danışıb. Bu barədə vali “TRT Haber”in canlı yayımında söyləyib.
“Hər hansısa mənfi hal yoxdur. Bir vətəndaşımızın təşvişə düşərək ikinci mərtəbədən özünü atdığına dair məlumat daxil olub”, – o deyib.
Xatırladaq ki, iyunun 3-də Türkiyənin cənub-qərb sahilində güclü zəlzələ qeydə alınmışdı. (report)
08:30 03.06.2025
Oxunuş sayı: 1240