Tramp ilə Si Cinpin bu həftə telefonla danışa bilər

Yaxın günlərdə ABŞ Prezidenti Donald Tramp və Çinin sədri Si Cinpin arasında telefon danışığı aparılacağı gözlənilir. Bu barədə Ağ Evin nümayəndəsi Kerolayn Levitt deyib.
"İki liderin, çox güman ki, bu həftə telefon danışığı aparacaqlar", - deyə o bildirib.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, iki lider arasında ticarət məsələləri ilə bağlı telefon danışığı çox tezliklə baş tuta bilər. (report)
08:09 03.06.2025
Oxunuş sayı: 1133