İran XİN: “Tehran Avropanın istənilən “yersiz addımına” cavab verəcək”

ISNA-nın məlumatına görə, dünən axşam saatlarında İranın xarici işlər naziri Abbas Əraqçı ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi arasında telefon danışığı baş tutub.
Söhbət zamanı Əraqçı Qrossidən gələn həftə keçiriləcək BAEA-nın Rəhbərlər Şurasının iclasında İranın agentliklə əməkdaşlığını izah etməsini istəyib.
Əraqçı həmçinin Qrossidən hər hansı siyasi addımın mümkün nəticələrini nəzərə almasını xahiş edib. Nazir əlavə edib ki, Tehran Avropa ölkələrinin hər hansı “uyğun olmayan addımına” cavab vermək hüququnu özündə saxlayır.
19:26 01.06.2025
Oxunuş sayı: 1133