Atlantic Council: ABŞ Cənubi Qafqazda Rusiya və İran təsirini azaltmağa kömək etməlidir

ABŞ-nin nüfuzlu Atlantic Council analitik mərkəzinin məqaləsində qeyd olunur ki, Vaşinqton Cənubi Qafqaza müdaxilə edərək, regionun çoxqütblü qarşılıqlı fəaliyyət modelinə çevrilməsinə və İranla Rusiyanın təsir riskinin azalmasına kömək etməlidir.
Məqalədə bildirilir ki, bu yanaşma Azərbaycan, Ermənistan və Gürcüstanın strateji maraqlarına uyğun gəlir, çünki hər üç ölkə çətin qonşuluqda öz strateji çevikliyini qorumağa çalışır.
Atlantic Council-ə görə, ABŞ Rusiya və İrandan asılılığı azaldan, regional özünü təmin etməyi təşviq edən birgə təşəbbüsləri dəstəkləməlidir.
Qeyd olunub ki, Cənubi Qafqazda sabitliyin təmin edilməsi ABŞ üçün mühüm əhəmiyyət daşıyır, xüsusən də Mərkəzi Asiya ölkələrindəki enerji və kritik mineralların tədarük zəncirinin şaxələndirilməsi baxımından.
23:56 27.05.2025
Oxunuş sayı: 1257