Tramp: “Putin odla oynayır” – ABŞ və Rusiya liderləri arasında gərgin ritorika

ABŞ prezidenti Donald Tramp, Rusiyanın Donbas bölgəsində son hücumları və atəşkəsdən imtinasından sonra sərt açıqlama verib:
“Putin bir şeyi başa düşmür ki, mən olmasam, Rusiya həqiqətən çox pis şeylərlə qarşılaşa bilər. Çox pis. O, odla oynayır,” – deyə Tramp bildirib.
Buna cavab olaraq, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə belə deyib:
“Düşünürəm ki, ən pis şey III Dünya Müharibəsi ola bilər, ümid edirəm ki, Tramp bunu başa düşür.”
Son günlərdə Putinin hücumlarının intensivləşməsi, atəşkəsdən imtina etməsi və Ukraynanın hərbi-sənaye kompleksinə ağır zərbələr endirməsi Trampı məyus edib. ABŞ mətbuatına görə, Tramp getdikcə Putinə qarşı qəzəb hissi keçirir.
ABŞ Dövlət Departamenti isə Trampın bəyanatlarının emosional deyil, sülh səylərində iştirakın göstəricisi olduğunu bildirib:
“ABŞ Rusiya və Ukrayna arasında birbaşa danışıqları dəstəkləməyə davam edir. Trampın son açıqlamaları məyusluq kimi qəbul edilməməlidir.”
Ayhan Ağarzayev
23:39 27.05.2025
Oxunuş sayı: 1236