ABŞ: Suriyada vətəndaş müharibəsi başlaya bilər

ABŞ və Avropa İttifaqı Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə hazırlaşsa da, regiondakı siyasi balanslar yenidən pozulmaq üzrədir. ABŞ-nin dövlət katibi Marko Rubio-nun “Suriya tammiqyaslı vətəndaş müharibəsinə aylarla deyil, hətta həftələrlə yaxın ola bilər” açıqlaması beynəlxalq aləmdə soyuq duş effekti yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumat görə, Suriya ilə bağlı qeyri-müəyyənlik davam etdiyi bir vaxtda Rubio-nun bu açıqlamaları bölgədə yeni gərginliklərin siqnalı kimi dəyərləndirilir. Onun fikrincə, hazırda Suriyaya rəhbərlik edən Əhməd Şaranın idarəetməsi çökmək üzrədir və ölkə epik miqyaslı vətəndaş müharibəsinə çox yaxındır.
“ABŞ nəyi bilir”?
Təhlükəsizlik və terror mütəxəssisi Ünal Atabay bildirib ki, ABŞ dövlət katibinin belə bir bəyanatı yalnız proqnoza deyil, real məlumatlara əsaslana bilər:
“Əhməd Şara hakimiyyətə gəldikdən sonra ABŞ-nin Suriya siyasəti qeyri-müəyyən idi. Donald Trampın ötən həftə Suriya səfərindən sonra vəziyyət aydınlaşıb. ABŞ-nin sanksiyaları ləğv etməsi qərarını Avropa İttifaqı da dəstəklədi”.
ABŞ-nin klassik taktikası
Atabay deyib ki, ABŞ diplomatiyasında belə davranışlar artıq adət halını alıb:
“Əvvəlcə bir lideri tərifləyirlər, sonra isə zərbə endirirlər. Tramp da Şara ilə bağlı müsbət açıqlamalar vermişdi. Hamı bu sözlərin arxasında nəsə axtarırdı. Nəhayət, bu sərt açıqlama gəldi”.
Atabay həmçinin əlavə edib:
“ABŞ dəstək verdiyi Şara rejimini devirmək istərmi? Bəli, əgər bu, YPG/PKK-nın xeyrinə olacaqsa. İsrail də Suriyanın bütövlüyündən yox, parçalayıb nəzarət olunan bir bölgəyə çevrilməsindən yanadır. ABŞ-dakı yəhudi lobbiləri bu istiqamətdə hazırlıqlar aparıb. Əgər sabah Şaranın başına bir iş gəlsə, ABŞ "biz xəbərdarlıq etmişdik, məsuliyyət daşımırıq" deyəcək”.
Bildirilir ki, son vaxtlar ABŞ-dən gələn bəzi bəyanatlarda Şam hökumətinin YPG döyüşçülərini ölkə daxilində təhlükəsizlik qüvvəsi kimi istifadə edə biləcəyi deyilir. Bu isə həmin silahlı qruplara yeni status qazandırmaq deməkdir. Bunu “inteqrasiya modeli” adlandırırlar.
Bundan əlavə, təqaüddə olan diplomat Uluç Özülker isə bildirib ki, ABŞ-nin xarici siyasətində təhdid və yumşalma arasında dəyişən yanaşma var:
“Tramp əvvəlcə təhdid edir, sonra yumşalır. Bu da tərəfdaşlara gözdağı verir və onları davranışlarını dəyişməyə məcbur edir. Ancaq bu metod hər zaman işləmir. ABŞ İranla savaşa girə bilərmi? Rusiya və Çin devrəyə girəcək. Bu zaman vəziyyət dəyişə bilər”.
Təhdid və yumşalma ssenarisi
Özülker, həmçinin əlavə edib:
“İsrailin bölgədəki mövqeyi bəllidir. Tramp Netanyahuya qarşı sərt görünür, amma digər tərəfdən Baydenin verdiyi milyardlıq silah yardımını da ötürür. Suriya məsələsində də bu ikili oyun davam edir. ABŞ əvvəlcə hədə qorxu gəlir, sonra isə sakitləşdirici addımlar atır. YPG isə artıq rejimə qarşı müharibə elan edəcək həddədir”.
Nəticə olaraq, Suriyada daxili vəziyyət bir daha gərgin mərhələyə daxil olub.
Qeyd edək ki, ABŞ və müttəfiqlərinin mövqeyi dəyişkən olsa da, bölgədə qarşıdakı günlərdə ciddi dəyişikliklərin baş verə biləcəyi gözlənilir.
Fatimə Məmmədova
21:22 25.05.2025
Oxunuş sayı: 703