“Kəpəz” klubunun İdarə Heyətinə yeni sədr təyin olunub

“Kəpəz”in İdarə Heyətində aparılan struktur dəyişiklikləri nəticəsində
klubun rəhbərliyində yeniliklər həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat
yayıb.
Məlumata görə, Adil Vəliyev İdarə Heyətinin yeni sədri təyin
olunub.
Fərman Əlizadə, Erkin İbrahimov və Afiq Süleymanov İdarə Heyətinin
üzvləri kimi fəaliyyətlərini davam etdirəcəklər. E.İbrahimov şəxsi istəyi ilə
müşavirlik vəzifəsindən azad olunmasını xahiş edib və bu, İdarə Heyətinin sədri
tərəfindən qəbul olunub.
Yeni struktur çərçivəsində İlqar Nadiri əməliyyatlar üzrə rəhbər
təyin olunub. Eyni zamanda, icraçı direktor və akademiyanın direktoru vəzifələri
ləğv edildiyindən Cabir İbrahimovla yollar ayrılıb.
Bundan əlavə, klubun mətbuat katibi Azad Mustafayevlə
müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
19:37 15.08.2025
Oxunuş sayı: 736