Cəlilabadda yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Polis əməkdaşları avqustun 15-də Cəlilabad şəhərində yanğın hadisələri törədən şəxsləri müəyyənləşdirib.
Crossmedia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti
məlumat yayıb.
Məlumata görə araşdırmalarla yanğınların 1997-ci il təvəllüdlü
Ş.Əliyev tərəfindən əkin sahəsinin, 1971-ci il təvəllüdlü M.Xudaşov tərəfindən
isə məişət tullantıllarının yandırılması ilə törədildiyi məlum olub.
Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Hər iki şəxs məsuliyyətə cəlb olunub.
20:50 15.08.2025
Oxunuş sayı: 1261