AAK sədri: Son 5 ildə 365 nəfərə elmlər doktoru dərəcəsi verilib

2019- 2024-cü illərdə 365 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib.
Crossmedia.az bildirir ki , bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev deyib. O bildirib ki, həmin şəxslər ümumilikdə azı 4420 elmi məqalə təqdim ediblər.
“Onlardan da azı 1521 məqalə beynəlxalq indeksləmə və xülasələndirmə sistemlərinə daxil olan jurnallarda yayımlanıb. Bu rəqəmlər elmlər doktorluğu institutunun ölkə elminə verdiyi konkret və ölçüləbilən töhfəni nümayiş etdirir”, - deyə Famil Mustafayev qeyd edib.(Azərtac)
16:40 14.05.2025
Oxunuş sayı: 432