Əslən Şuşadan olan azərbaycanlı gəncin daha bir uğuru



Çexiyada yaşayan, əslən Şuşadan olan azərbaycanlı gənc skripkaçı Canel Nəcəfli İtaliyanın Filadelfiya şəhərində keçirilən "XVI Concorso Musicale Città di Filadelfia" müsabiqəsində uğurla çıxış edib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu yarışmaya qatılan Canel ikinci yeri tutub.
Hal-hazırda Plzen Konservatoriyasının tələbəsi və Çexiyanın "Orfeus" mükafatının laureatı olan həmyerlimiz yüksək qiymətləndirilən dörd ifaçıdan biridir. O, bəstəkar Azad Əliyevin skripka üçün notlaşdırdığı "Çahargah" əsərini mükəmməl şəkildə ifa edərək, münsifləri və dinləyiciləri heyran qoyub.
Uğurlu çıxışının məhz Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə təsadüf etməsi gənc istedadın sevincini ikiqat artırıb.
16:00 14.05.2025
Oxunuş sayı: 526